Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-339/2024 06.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(104)-86/2021 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 1.778.168,07 manat məbləğində pulun alınıb tələbkar Ləğv prosesində olan Tələbkar ASC-yə verilməsi qət edilmişdir. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Şəmkir rayon İcra və Probasiya Şöbəsi başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, borclu "xxxx" MMC-nin tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən istifadə hüququ ilə borcluya məxsus olan, Şəmkir rayonu, Yeni- Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququna həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə icra məmurunun, tələbkarın və borclunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-2(104)-86/2021 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 1.778.168,07 manat məbləğində pulun alınıb tələbkar Ləğv prosesində olan Tələbkar ASC-yə verilməsi qət edilmiş, bununla bağlı borcluya bildiriş göndərilməyinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 5.56 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ "xxxx" MMC-yə məxsusdur. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən, ümumi sahəsi 10159.5 kv.m olan əmlak kompleksi kimi müəssisəni "xxxx" MMC-yə satmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində 1.1156 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, istifadə hüququ ilə borclu "xxxx" MMC-yə məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququnun üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. İstifadə hüququ ilə borclu "xxxx" MMC-yə məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququnun üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-339/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-339/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver