Məhkəmə qərarları › İş №8(076)-341/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-341/2023

12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-341/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı pul tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə iddiaçının ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu1 və Borclu2 qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 1605/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1605/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, ərizəsinə həmin qətnamənin və ya müvafiq icra sənədinin surətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə hansı icra sənədinin təkrar icraya dəqiq müəyyən edə bilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanı aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Tələbkar cavabdehlər Borclu1 və Borclu2 qarşı pul tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə iddiaçının ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanı aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar