Məhkəmə qərarları › İş №8(076)-343/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-343/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-343/2023 03.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir Rayon İcra və probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Tələbkar iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-412/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-412/2023 saylı icra sənədinə əsasən Borclu Aysun və Elşən adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən aliment borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)- 412/2023 saylı icra sənədinə əsasən Borclu Aysun və Elşən adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmiş, icra sənədi icra şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin Borclu icra zamanı alimenti vaxtında ödəməmiş, bu səbəbdən onun aliment borcu yığılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Tələbkar məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-412/2023 saylı icra sənədinin icrasını yerinə yetirmir, aliment borcunu ödəmir. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və tələbkarın izahatına, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-412/2023 saylı icra sənədinə əsasən Borclu Aysun və Elşən adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmiş, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş aliment borcu yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun aliment borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 343, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-412/2023 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar