Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-346/2024 14.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Borclu: Borclu iştirakı ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(076)-4756/2018 saylı icra sənədinə əsasən Borclu və qeyrisindən cəmi 1.176,11 manat pulun və 20 manat dövlət rüsumunun alınıb BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Məhkəmənin həmin əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə əmrini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə yazılı ərizə təqdim edərək göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(076)-4756/2018 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə zərurət aradan qalxmışdır. Odur ki, təqdimatın geri qaytarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(076)-4756/2018 saylı icra sənədinə əsasən borclu ondan və qeyrisindən cəmi 1.176,11 manat pulun və 20 manat dövlət rüsumunun alınıb BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Lakin icra məmurunun çağırışından məlumatı olmamışdır. Hazırda isə özü məhkəməyə gəlmişdir. Odur ki, təqdimatın geri qaytarılmasını xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(076)-4756/2018 saylı icra sənədinə əsasən Borclu və qeyrisindən cəmi 1.176,11 manat pulun və 20 manat dövlət rüsumunun alınıb BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Hazırda icra məmuru məhkəməyə yazılı ərizə təqdim edərək, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu məcburi gətirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılması zərurəti aradan qalxmış və təqdimat icra orqanına geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu məcburi gətirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №8(076)-346/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-346/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver