Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-347/2023 04.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “MERCEDES BENZ 416 CDİ” minik markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1270/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci ildən başlayaraq Borclu xx.xx.2005-ci il təvəllüdlü İmran və xx.xx.2007-ci il təvəllüdlü Kamran adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat aliment pulu alınaraq Tələbkar ödənilsin. Bununla əlaqədar xx.xx.2011-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-8/2021 saylı xx.xx.2021-cü il tarixli qərardadı ilə Borclu məxsus “MERCEDES BENZ 416 CDİ” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1270/2011 saylı xx.xx.2011-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus “MERCEDES BENZ 416 CDİ” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın hərraca çıxarılaraq Tələbkar tərəfində aliment borcunun əvəzi olaraq qəbul edildiyindən üzərində həbsin götürülməsi məqsədəuyğun hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Borclu, Tələbkar, icra məmuru Elşən Əliyev məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli 2(076)-1270/2011 saylı icra sənədindən görünür ki, Borclu xx.xx.2011-ci il tarixdən etibarən 25 iyul 2005-ci il təvəllüdlü X2 və 21 aprel 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 05 yanvar 2021-ci il tarixli 8(076)-8/2021 saylı qərardaddan görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2(076)-1270/2011 saylı icra sənədinin icrasını təmin etmək üçün borclu X3 məxsus “MERCEDES BENZ 416 CDİ” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Tələbkar X3 məxsus “MERCEDES BENZ 416 CDİ” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yığılmış aliment borcunun və əmlak bölünməsinin əvəzi kimi qəbul edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “MERCEDES BENZ 416 CDİ” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1270/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Borclu məxsus « MERCEDES BENZ 416 CDİ » minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-347/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-347/2023
04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver