Məhkəmə qərarları › İş №8(076)-352/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-352/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-352/2024 14.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(104)-86/2021 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 1.778.168,07 manat məbləğində pulun alınıb tələbkar Ləğv prosesində olan Tələbkar ASC-yə verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclu "xxxx" MMC-nin tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, istifadə hüququ ilə borcluya məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququna həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2024–cü il tarixli 8(076)-339/2014 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək istifadə hüququ ilə borclu "xxxx" MMC-yə məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququnun üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə təqdimat verərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(104)-86/2021 saylı icra sənədinin icrası ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən istifadə hüququnun üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdimatı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və "xxxx" MMC-yə məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququnun üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. İstifadə hüququ ilə borclu "xxxx" MMC-yə məxsus olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 4.44 ha torpaq sahəsindən istifadə hüququnun üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar