Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-359/2023 07.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Tələbkar, Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev oğlunun iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ-21063” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)- 09/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə ərazinin planında Tələbkar mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışlarda göstərilən torpaq sahələrinə gedən yol kimi nəzərdə tutulmuş yol Borclu vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmalı, Tələbkar RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarış əsasında məxsus olan 3,54 ha torpaq sahəsinin drenaj kanalına düşən 0,21 ha olan 1,34 ha torpaq sahəsinin drenaj kanalına düşən 0,17 ha hissəsi Borclu tərəfindən dondurularaq torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı, Borclu Tələbkar RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarış əsasında məxsus olan 3,54 ha torpaq sahəsinin 0,38 ha hissəsindən və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci tarixli Çıxarış əsasında məxsus olan 1,34 ha torpaq sahəsinin 0,18 ha hissəsindən çıxarılmalı, əldən çıxmış fayda kimi 3000 manat Borclu alınaraq Tələbkar verilməli, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı 274,00 manat məhkəmə xərci Borclu tutularaq Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xeyrinə, ekspertiza xərci olaraq 100 manat Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-09/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu mülkiyyətində olan “VAZ-21063” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin götürülməsini məqsədəuyğun hesab edirəm. Məhkəmə iclasına Borclu, Tələbkar və icra məmuru Şamil Hacıyev məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar tələbinin tam icra edildiyini bildirmiş və avtomobilin üzərindəki həbsin götürülməsinə etirazı olmadığını bildirmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev təqdimatın məzmuna uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8-(076)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Borclu adına “VAZ-21063” minik markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “VAZ-21063” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 8-(076)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qəradadı üzrə Borclu məxsus « VAZ-21063 » minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-359/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-359/2023
07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver