Məhkəmə qərarları › İş №8(076)-365/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-365/2023

08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-365/2023 08.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə İddiaçı Hacıyeva (Nəcəfova) Samirə Neman qızının Cavabdeh, üçüncü şəxslər X5, X4 və X3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-3595/2015 saylı qətnaməsinin yenidən icraya yönləndirilməsi barədə təkrar icra vərəqəsi verilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-3595/2015 saylı qətnamə əsasən iddiaçı Hacıyeva (Nəcəfova) Samirə Neman qızının Cavabdeh, üçüncü şəxslər X5, X4 və X3 qarşı evə köçürülmə tələbi təmin edilmiş, Hacıyeva (Nəcəfova) Samirə Neman qızı xx.xx.2009-cu il təvəllüdlü Nuray və xx.xx.2010-cu il təvəllüdlü Mələk adlı azyaşlı uşaqları ilə birlikdə Cavabdeh, üçüncü şəxslər X5, X4 və X1 yaşadıqları, Şəmkir şəhəri, S.Vurğun küçəsi 105 saylı yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, əriəçi və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin ərizəsini, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(076)-3595/2015 saylı qətnamə əsasən iddiaçı Hacıyeva (Nəcəfova) Samirə Neman qızının Cavabdeh, üçüncü şəxslər X5, X4 və X3 qarşı evə köçürülmə tələbi təmin edilmiş, Hacıyeva (Nəcəfova) Samirə Neman qızı xx.xx.2009-cu il təvəllüdlü Nuray və xx.xx.2010-cu il təvəllüdlü Mələk adlı azyaşlı uşaqları ilə birlikdə Cavabdeh, üçüncü şəxslər X5, X4 və X1 yaşadıqları, Şəmkir şəhəri, S.Vurğun küçəsi 105 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materialları, o cümlədən işdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2018–ci il tarixli qərarı ilə, habelə ərizənin məzmunundan müəyyən edilir ki, icra zamanı tələbkar Hacıyeva (Nəcəfova) X2 rayonu S. Vurğun küçəsi 105 saylı ünvana köçürülmüşdür. Ərizəçi həmin ünvana borcluların girməyə və yaşamağa icazə vermədiklərini bildirsə də məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, icra zamanı tələbkarın ərizəsi icra sənədi üzrə icraata xitam verilməsi üçün hüquqi əsas olmuş və tələbkar qeyd edilən ünvana köçürüldüyü üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələbkarın hazırki ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. Hacıyeva (Nəcəfova) Samirə Neman qızının Cavabdeh, üçüncü şəxslər X5, X4 və X3 qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-3595/2015 saylı qətnaməsinin yenidən icraya yönləndirilməsi barədə tələbkar Hacıyeva (Nəcəfova) Samirə Neman qızının ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar