Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-368/2023 10.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-ci il tarixli iş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 07 iyun 2023-cu il tarixli qərarının ləğv edilməsi barədə "xxxx" MMC-nin şikayətini nəzərdən keçirərək, müəyyənetdi: "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 07 iyun 2023-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-ci il nömrəli iş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə icra məmuru X5 tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi barədə” ” 07 iyun 2023-cu il tarixli qərar qəbul edilmişdir. Hesab edilir ki, icra məmurun qərarı qanunsuz və əsassızdır. İcra məmuru qərardad “İcra haqqında” Qanunun 20.1.3 maddəsinə əsaslanaraq X1nun vəfatı etməsi ilə bağlı icra işinə xitam verilməsi ilə bağlı qərar qəbul edimişdir. Şəmkir Rayon İcra Şöbəsinə icra məmuru tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilərək əsas kimi borclunun xx.xx.2022-ci il tarixində vəfat etməsi göstərilmişdir. Lakin ölümündün əvvəl 2018-ci ildən icraya qəbul edilib. Ölüm faktı isə 4 ildən sonra baş verib. Qeyd olunanlara əsasən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 07 iyun 2023cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-ci il tarixli icra qeydinə əsasən "xxxx" MMC-nin xeyrinə X2 211 manat 97 qəpik tutulması qət edilmişdir. Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-cu il tarixli icra qeydi icra edilməsi üçün 01 oktyabr 2018-ci il tarixdə Şəmkir Rayon İcra Şöbəsinə göndərilmiş və 12 oktyabr 2018-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən Şəmkir Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 07 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə, icra məmurunun qeyd edilən qərarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə ” 07 iyun 2023-cü il tarixli qərar ləğv edilməli, icra sənədi hərəkətlərinin davam etdirilməsi üçün yenidən Şəmkir Rayon İcra Şöbəsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə 20.1.5. icra sənədi tam icra olunduqda. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə qeyd edir ki, borclunun ölümü ilə əlaqədar icra məmuru o halda icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilərdi ki, məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsin. Hazırki icra sənədi üzrə isə məhkəmənin və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsi halı mövcud deyildir. “İcra Haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-ci il tarixli icra sənədinə xitam verilməsi haqqında Şəmkir Rayon İcra Şöbəsinin 07 iyun 2023-cu il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-ci il tarixli icra sənədinə xitam verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 07 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. Şəmkir şəhər 1 saylı Notariat Ofisinin 8İ-5098 nömrəli, 21 may 2018-ci il tarixli iş üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-368/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-368/2023
10.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver