Məhkəmə qərarları › İş №8(076)-37/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-37/2023

11.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-37/2023 11.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Aydogdıyeva Gyzylgulun cavabdeh X1 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə iddiaçının ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Aydogdıyeva Gyzylgul ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-6560/2017 saylı icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi Şəmkir Rayon Məhkəməsinin 2(076)-6560/2017 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, ərizəsinə həmin qətnamənin və ya müvafiq icra sənədinin surətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə hansı icra sənədinin təkrar icraya yönəldilməsini dəqiq müəyyən edə bilməmişdir. Bundan başqa ərizəçi Şəmkir Rayon Məhkəməsinin 2(076)-6560/2017 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, həmin icra sənədinin məhkəməyə qaytarılması haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından şikayət verməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Aydogdıyeva Gyzylgulun cavabdeh X1 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə iddiaçının ərizəsi geri qaytarılsın. Aydogdıyeva Gyzylgulə izah edilsin ki, qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar