Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-370/2023 06.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı X4 cavabdehlər Borclu və X3 qarşı pul tələbinə dair icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Borclu və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, cavabdehlər Borclu və X1 müştərək qaydada 4.500 (dörd min beş yüz) manat məbləğində pulun və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb iddiaçı X5 verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2023-cü il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə X2 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2023cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, icra zamanı borclular ona olan borclarını tam şəkildə ödəməmiş, bununla belə qısa zamanda ödəməyi öhdəsinə götürmüşlər. O da cavabdehlərə inanmış və razılıq ərizəsi vermişdir. Lakin borclular borcu ödəməkdən yayınmışlar. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borclulara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə icra məmurunun, tələbkarın və borcluların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın ərizəsini, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X1 müştərək qaydada 4.500 (dörd min beş yüz) manat məbləğində pulun və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2023-cü il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru digər məcburi icra tədbirlərini tətbiq etmədən 05 may 2023-cü il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı icra sənədini məhkəməyə qaytarmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2023-cü il tarixli qərarı ləğv edilməli və 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı X4 cavabdehlər Borclu və X3 qarşı pul tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(076)-1605/2022 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-370/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-370/2023
06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver