Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-370/2025 02.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, Şəmkir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş, “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə” təqdimatı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin e2-2(115)- 1269/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e2-2(115)- 1269/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 4622 manat məbləğində pul vəsaiti və 67 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluların icra sənədində qeyd olunmuş ünvanına göndərilmiş, icra sənədindəolan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında hər hansı pul və qiymətli kağızlar aşkar olunmamışdır.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borc 4689 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Hazırkı təqdimatın mahiyyətindən aydın olur ki, iş üzrə icrası tələb olunan icra vərəqi Gəncə Kommersiya Məhkəməsinə tərəfindən verilmişdir. Məhz qanunvericiliyin göstərişləri baxımından məhkəmə hesab edir ki, hazırkı təqdimata baxılması icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, təqdimat və əlavə edilmiş sənədlər Şəmkir rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalı, qeyd olunan nöqsanları aradan qaldıraraq, yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş, “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə” təqdimat geri qaytarılsın. İzah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-370/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-370/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver