Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-375/2024 04.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: X1 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1295/2023 saylı qətnaməsinin izah edilməsinə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması, iddiaçı X3 təhvil verilməsi və cavabdehlərin həmin hissədən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi boş ərazi deyildir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi və qeyri-yaşayış binaları mövcuddur. Həmin fərdi yaşayış evi və qeyri-yaşayış binaları cavabdehlərin mülkiyyətində və digər ailə üzvlərinin istifadəsindədir. Evdə ailə olaraq çoxlu sayda adamlar yaşayır. Lakin məhkəmə qətnaməsində evlə bağlı mübahisə predmeti olmamış, orada yaşayan şəxslərin həmin evlə bağlı hüquqları aydınlaşdırılmamışdır. Bu səbəbdən hesab edir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və yardımçı tikililərlə bağlı məhkəmədə iddia tələbinin olub-olmaması, cavabdehlərin həmin evdən çıxarılmasına dair qərar qəbul edilib-edilməməsi, həyətyanı torpaq sahəsindən çıxarılma dedikdə həmin torpaq sahəsinin üzərində yerləşən evdən və yardımçı tikililərdən də çıxarılma halının olub-olmaması müəyyənləşdirilməlidir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı icra məmuru X6 izahatında göstərdi ki, qeyd olunan icra sənədi icra şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və surəti tərəflərə göndərilmişdir. Bundan sonra icra hərəkətləri həyata keçirilmişdir. Lakin görülmüş icra tədbirləri nəticəsində borclular icra sənədinin icrasına mane olmaq istəmişlər. Belə ki, onlar evdən çıxmayacaqlarını bildirmişlər. Halbuki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə X1, 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsi X1, 0.08 ha hissəsi Cavabdeh2 və 0.08 ha hissəsi Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Bu səbəbdən də məhkəmə qətnaməsində yalnız həyətyanı torpaq sahəsinin naturada bölünməsi nəzərdə tutulmuşdur. Hazırda onlar üçün icra sənədində hər hansı anlaşılmazlıq yoxdur və tələb konkretdir. Odur ki, borcluların ərizəsi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə onun, 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsi onun, 0.08 ha hissəsi Cavabdeh2 və 0.08 ha hissəsi Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Çıxarışdan da görünür ki, fərdi yaşayış evi üzərində cavabdehlərin deyil, yalnız onun tam mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qətnaməsində isə evdən deyil, cavabdehlərlə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması qət edilmişdir. Hesab edir ki, qətnamədə aydın olmayan heç bir şey yoxdur. Odur ki, borcluların ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə borclulara və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Borcluların nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə borcluların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və tələbkarın izahatını, ərizənin dəlillərini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməli, ərizədə göstərilən qətnaməyə izah verilməsindən imtina olunmalıdır. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1295/2023 saylı icra vərəqəsindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması, iddiaçı X3 təhvil verilməsi və cavabdehlərin həmin hissədən çıxarılması qət edilmişdir. Göründüyü kimi borcluların nümayəndəsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsini xahiş etsə də, iş materiallarında olan icra vərəqəsindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması, iddiaçı X3 təhvil verilməsi və cavabdehlərin həmin hissədən çıxarılması qət edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə X1, 0.32 ha torpaq sahəsinin 0.16 ha hissəsi X1, 0.08 ha hissəsi Cavabdeh2 və 0.08 ha hissəsi Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçının tam mülkiyyətində olan fərdi yaşayış evindən deyil, həmin Çıxarış əsasında iddiaçı ilə cavabdehlərin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması qət edilmişdir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə qətnaməsi tam aydın və anlaşılan şəkildə tərtib edilmişdr. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdı. Həmin Məcəllənin 230.4–cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmu. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsi tam aydın şəkildə yazılmış və heç bir izaha zərurət yaranmamışdır. Odur ki, məhkəmə hesab edir ki, tələbin aydın olmasına və qətnamədə heç bir şübhə və anlaşılmamazlıq olmamasına baxmayaraq, borcluların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin izah olunmasını tələb etmişdir. Halbuki, qətnamədə izah verilə biləcək hal müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilməsin. İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1295/2023 saylı qətnaməsinin izah edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-375/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-375/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver