Məhkəmə qərarları › İş №8(076)-376/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-376/2023

24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-376/2023 24.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Borclu iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh Borclu qarşı «borc» tələbinə dair icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)–1195/2013 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi LPO "xxxx" ASC-nin nümayəndəsi şikayət ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə yönləndirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)– 1195/2013 saylı icra sənədinə əsasən cavabdeh Borclu cəmi 232929.06 alınıb iddiaçıya verilməsi qət edilmiş, tələb ipoteka predmeti olan Borclu məxsus ünvan 1 ünvanda 0.01094 kv.metr torpaq sahəsində yerləşən bir mərtəbəli 93.1 kv.metrdən ibarət qeyri-yaşayış binasında (avtoyuma) yönəldilməli və həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. İcraat dövründə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında tələbin yönləndirildiyi ünvan 1 ünvanda 0.01094 kv.metr torpaq sahəsində yerləşən bir mərtəbəli 93.1 kv.metrdən ibarət qeyri-yaşayış binası (avtoyuma) açıq hərracdan 25500 manar realizə edilərək əldə edilən vəsait icra sənədi üzrə borcun ödənilməsinə yönləndirilmişdir. Bundan sonra “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra sənədinə xitam verilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)–1195/2013 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh Borclu ərizə ilə razılaşmadığını bildirərək əlavə olaraq qeyd etdi ki, ipoteka predmeti olan əmlak onun iştirakı olmadan dəyərindən çox aşağı qiymətə satılmış, bu səbəbdən də onun tələbkara borcu olmamalıdır. Belə ki, ipoteka predmeti olan əmlak dəyəri qiymətinə satılsaydı onun tələbkara heç bir borcu qalmayacaqdı. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)– 1195/2013 saylı icra sənədi ilə iddiaçı LPO "xxxx" ASCnın cavabdeh Borclu qarşı «borc» tələbinə dair iddiası qismən təmin olunmuş, cavabdeh Borclu cəmi 232929.06 alınıb iddiaçıya verilməsi, tələb ipoteka ilə yüklü edilmiş DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı 031570 saylı çıxarışa əsasən Borclu mülkiyyətində olan ünvan 2 ünvanda 0.01094 kv.metr torpaq sahəsində yerləşən bir mərtəbəli 93.1 kv.metrdən ibarət qeyri-yaşayış binasına avtoyuma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh Borclu xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə yaranmış cəmi 232929.06 borcun ödənilməsi, ünvan 3 ünvanda 0.01094 kv.metr torpaq sahəsində yerləşən birmərtəbəli 93.1 kv.metrdən ibarət qeyri-yaşayış binası satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən icra sənədində qeyd olunan tələb təmin olunması əsası ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. İcra işi məhkəmə tərəfindən istənilmiş, icra işindən eləcə də işdə iştirak edən şəxalərin izahatlarından müəyyən olunur ki, icra sənədi tam icra edilmədən icra işinə xitam verilmişdir. Belə ki, icra sənədində qeyd olunmuş “cavabdeh Borclu cəmi 232929.06 alınıb iddiaçıya verilməsi” hissəsi icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə 20.1.5. icra sənədi tam icra olunduqda. İş materialları, o cümlədən işdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, habelə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, icra hərəkətləri həyata keçirilərkən icra sənədində qeyd olunan tələblər tam təmin olunmadan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)– 1195/2013 saylı icra sənədinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)–1195/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Ərizə təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)–1195/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)–1195/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar