Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-377/2023 18.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Tələbkar: Tələbkar iştirakı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(076)-105/2019 saylı icra sənədinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin istehsalatda əmək xəsarəti alması nəticəsində ümumi əmək qabiliyyətini daimi olaraq itirdiyinə görə xəsarət almazdan və yaxud əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu 470 (dörd yüz yetmiş) manat orta aylıq əmək haqqı məbləğində ödəncin, işlədiyi vəzifə üzrə tarif maaşının kütləvi artımı nəzərə alınmaqla hər ay mülki cavabdeh "xxxx" MMC–nin hesabından tutulub mülki iddiaçı Tələbkar xeyrinə ödənilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar amputasiya olunmuş sol əlin protezləşmə xərci ilə bağlı maddi zərərə görə 10.000 (on min) manat, mənəvi zərərə görə 5.000 (beş min) manat olmaqla, cəmi 15.000 (on beş min) manat məbləğində pulun mülki cavabdeh "xxxx" MMC–dən alınıb mülki iddiaçı Tələbkar verilməsi hökm edilmiş, həmin hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclu "xxxx" MMC–nin tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, borcluya məxsus olan, “Nissan Navara” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2021–cüiil tarixli 8(076)-240/2021 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək borclu "xxxx" MMC-yə məxsus “Nissan Navara” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borcluya məxsus “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbkara təklif edilmiş. sonuncu da təklifi qəbul etmişdir. Məhkəmə iclası zamanı Tələbkar göstərdi ki, "xxxx" MMC ilə öz aralarında razılığa gəlmişlər. Belə olan halda təqdimatın təmin edilməsinə və “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsinə etirazı yoxdur. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və Tələbkar tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, borcun əvəzi olaraq 21.000 manat dəyərində olan “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-yə məxsus “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu "xxxx" MMC-yə məxsus “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-377/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-377/2023
18.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver