Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-377/2025 02.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, Şəmkir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş, “Borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimatı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin e2-2(115)- 438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 438/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 209379.20 manat məbləğində və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən 8(076)- 411/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Borclu məxsus "QAZ 2757AO" yük markalı **-CA-*** və "QAZ 322132 228" markalı 99-XF- 943 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədinin məcburi qaydada icrasını təmin etmək məqsədi ilə tərəfimizdən zəruri icra hərəkətləri həyata keçirilərək borcluya məxsus məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş həmin avtomobillər qiymətləndirici təşkilat tərəfindən müvafiq olaraq 8000 (səkkiz min) manat və 18000 (on səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Daha sonra həmin avtomobillərin açıq hərracda satılması üçün sifariş, hərrac təşkilatına göndərilmiş, lakin alıcısı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra həmin torpaq sahələri "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən tələbkar "Azəriqaz” İstehsalat Birliyinə təklif edilmiş və təklifin qəbul edilməsi barədə məlumat verilməsi, təklifin qəbul edilmədiyi halda icra sənədinin onu vermiş məhkəmə və ya orqana qaytarılacağı barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi məlumat verilsə də, təklifin qəbul edilib-edilməməsi barədə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şöbəyə heç bir rəsmi cavab verilməmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Ona görə də, icra sənədi xx.xx.2025-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə geri qaytarılmış, qərarın surəti tərəflərə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 438/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar zərurət aradan qaldırılmışdır və Borclu məxsus "QAZ 2757AO" yük markalı **-CA-*** və "QAZ 322132 228" markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Hazırkı təqdimatın mahiyyətindən aydın olur ki, iş üzrə icrası tələb olunan icra vərəqi Gəncə Kommersiya Məhkəməsinə tərəfindən verilmişdir. Məhz qanunvericiliyin göstərişləri baxımından məhkəmə hesab edir ki, hazırkı təqdimata baxılması icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, təqdimat və əlavə edilmiş sənədlər Şəmkir rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalı, qeyd olunan nöqsanları aradan qaldıraraq, yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş, “Borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimat geri qaytarılsın. İzah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-377/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-377/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver