Məhkəmə qərarları › İş №8(076)-38/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-38/2025

04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-38/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»na dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Şəmkir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirşlə icra sənədi üzrə Borclu göndərilmiş icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə aliment borcu 4540 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İş üzrə icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və 3562/2024-35-18 saylı icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli könüllü icra bərədə bildirişdən görünür ki, iş üzrə icraat başlanılmış və Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra ilə bağlı təklif edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinin tələblərinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Borclu məhkəmə iclasında iştirak etməmiş, təqdimatın əsassızlığı, öhdəliyin tərəfindən icra edilməsi, ümumi öhdəliyin həcmi ilə bağlı üzərinə düşən sübutetmə funksiyasını həyata keçirtməmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəbiləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar