Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-380/2025 30.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(104)–270/2024 saylı qətnaməsinə əsasən Borclu 149.100 manat məbləğində pulun və 440 manat dövlət rüsumunun alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borcluya məxsus **********81 reyestr nömrəli, **********15 reyestr nömrəli, **********57 reyestr nömrəli və **********36 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat Şəmkir rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, üzərinə həbs qoyulması istənilən əmlakın, yəni **********81 reyestr nömrəli, **********15 reyestr nömrəli, **********57 reyestr nömrəli və **********36 reyestr nömrəli torpaq sahələrinin məhz həmin borcluya məxsus olması, o cümlədən həmin əmlakın mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd təqdimata əlavə edilməmişdir. Əksinə, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahələrinə dair alqısatqı müqavilələri etibarsız hesab edilmişdir. Belə olan halda, üzərinə həbs qoyulması istənilən torpaq sahələrinin mülkiyyət hüququ üzrə kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, **********81 reyestr nömrəli, **********15 reyestr nömrəli, **********57 reyestr nömrəli və **********36 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulması əsaslı sayıla bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki vəziyyətdə isə təqdimatda qeyd olunan əmlakın məhz Borclu məxsus olması müəyyən edilməmişdir. Odur ki, məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulmasına dair hazırki təqdimat baxılmadan geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №8(076)-380/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-380/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver