Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-389/2024 10.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru: X1 Tələbkar: Tələbkar iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(104)-2086/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(104)-2086/2023 saylı icra sənədinə əsasən, cavabdeh Borclu, 26.542.50 (iyirmi altı min beş yüz qırx iki manat) pul və 181.93 (yüz səksən bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatın əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Tələbkar, borclunun ona ödəniş etmədiyini bildirərək icra məmurunun təqdimatının təmin edilməsini xahiş etdi. Borclu Şəmkir Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, borcunun əmək haqqına yönləndirilməsini istədiyini, ödəniş etməkdən yayınmadığını bildirərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(104)-2086/2023 saylı icra sənədinə əsasən, cavabdeh Borclu, 26.542.50 (iyirmi altı min beş yüz qırx iki manat) pul və 181.93 (yüz səksən bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmiş, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(104)-2086/2023 saylı icra sənədi üzrə borcunu tamamilə ödəyənədək Borclu Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-389/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-389/2024
10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver