Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-390/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, icra işi üzrə Borclu iştirakı ilə, İcra sənədi üzrə Borclu Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3104/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan borcun hissəhissə ödənilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3104/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin ayda 250 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə Borclu ərizəni onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(076)-189/2021 saylı qətnaməsi ilə ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Borclu cavabdeh (qarşılıqlı iddiaçı) Tələbkar qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh (qarşılıqlı iddiaçı) Tələbkar 6500 ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 550 manat pulun alınaraq ilk iddiaçı Borclu ödənilməsi, qarşılıqlı iddiaçı Tələbkar ilk iddiaçı Borclu qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, ilkin iddiaçı Borclu 23840 Gürcüstan larisi miqdarında pul xx.xx.2018-ci il tarixinə Azərbaycan manatına olan məzənnəsi ilə və 48823,5 ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə pulun alınaraq cavabdeh (qarşılıqlı iddiaçı) Tələbkar verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(076)-189/2021 saylı qətnaməsindən narazı qalan hər iki tərəf Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3104/2021 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(076)l89/2021 saylı qətnaməsi qarşılıqlı iddia üzrə cavabdeh Borclu 48823,5 ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar xeyrinə tutulması olan pulun məbləği 30000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2021ci il tarixli, 2(076)-189/2021 saylı qətnaməsindən narazı qalan hər iki tərəf Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3104/2021 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(076)-l89/2021 saylı qətnaməsi qarşılıqlı iddia üzrə cavabdeh Borclu 48823,5 ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar xeyrinə tutulması olan pulun məbləği 30000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2( 104)-3104/2021 saylı qətnaməsindən hər iki tərəf kassasiya şikayəti versədə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. X7 Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3104/2021 saylı qətnaməsi qüvvəsini almış və icra olunması üçün Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2( 104)-3104/2021 saylı qətnaməsində qeyd olunan məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Belə ki maddi vəziyyəti çox ağırdır. Hazırda qeyd olunan qətnamədən başqa ona və həyət yoldaşı X4ma qarşı iddia tələbləri üzrə qətnamələr qəbul olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 727/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin ona və X3 qarşı kredit müqvailəsi üzər borcun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş ümumilkidə 80878.53 manat borcun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilmə və borcun Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bundan başqa Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(115)-600/2020 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İB-nin cavabdeh X3 (həyət yoldaşı) qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş 100346,80 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh X1 (həyət yoldaşımdan) tutularaq iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamələrdən də göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2( 104)-3104/2021 saylı qətnamə üzrə borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Onun və ailəsinin maddi vəziyyəti çox ağırdır. Həyət yoldaşı X2 əmək haqqısının yarısı qaz borcuna çıxılmaqdadır. O isə sahibakrlıqla məşğul olduğu dövrdə maddi ziyana düşmüşdür. Hətda yaşadığı evində bankda girovdadır. Hazırda Tələbkar ona olan borcunu birdəfəlik ödəməyini tələb edir. O hazrda həmin Azəriqaz İB-nə həm də Rabitəbank ASC-yə olan borcundan az miqdarda ödəyir. Dövətin adından çıxarılmış qətnaməni icra etməkdən yayınmaq fikri yoxdur. Lakin hazırda Tələbkar qeyd olunan məbləği birdəfəlik ödəmək iqtitarında deyil. O, qətnaməninin icrasından boyun qaçırmır. (qərəzli deyil). Ancaq hazırkı vəziyyətdə qətnaməni hissə-hissə icra edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu ərizə təqdim edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3104/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan borcun hissə-hissə ödənilməsi barədə ərizə vardır. Hazırda Tələbkar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından əlavə kassasiya şikayəti vermişdir. Odur ki qətnamə əsasında verilmiş icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə ərizənin baxılmadan geri qaytarılmasını xahiş edir. Məhkəmə borclunun ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə tələbkara geri qaytarılmalıdır. Belə ki, Borclu Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 3104/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan borcun hissə-hissə ödənilməsi barədə ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə və ona əlavə olunmuş sənədlər borcluya geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3104/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan borcun hissə-hissə ödənilməsi barədə ərizə və ona əlavə olunmuş sənədlər Borclu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №8(076)-390/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-390/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver