Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-391/2024 10.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 iştirakı ilə İddiaçı X3 cavabdeh "xxxx" ASC–yə qarşı istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar sağlamlığa vurulmuş ziyana görə zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icra ödənişinin alınması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarının ləğv edilməsi barədə "xxxx" ASC–nin direktorunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh "xxxx" ASC–yə qarşı istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar sağlamlığa vurulmuş ziyana görə zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmuş və "xxxx" ASC–dən xx.xx.2016–cı il tarixdən xx.xx.2020–ci il tarixədək olan dövr üçün 18.446,56 manat ödənc pulunun alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə borclu "xxxx" ASC–nin direktoru ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, icra ödənişinin alınması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)–288/2021 saylı, xx.xx.2021–ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC–dən xx.xx.2016–cı il tarixdən xx.xx.2020–ci il tarixədək olan dövr üçün 18.446,56 (on səkkiz min dörd yüz qırx altı manat, 56 qəpik) manat ödənilməmiş zərərə görə ödənc pulunun alınaraq, iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC–dən tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın cavabdeh "xxxx" ASC–dən tutulması qət edilmişdir. İşə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılması zamanı cavabdeh "xxxx" ASC–nin bu barədə hər hansı məlumatı olmamış, məhkəmə iclas(lar)ı barədə ona məlumat verilməmişdir. Çünki, iddiaçı öz ərizəsində cavabdehin ünvanını “Şəmkir şəhəri, Emissiya prospekti” kimi qeyd etmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədində də cavabdehin ünvanı eyni şəkildə göstərilmişdir. Halbuki, cavabdehin hüquqi ünvanı Şəmkir rayonu, Şeyidlər kəndində yerləşir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)– 288/2021 saylı, xx.xx.2021–ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün əvvəlcə Gəncə Şəhəri Üzrə İcra İdarəsinə verilmiş, sonuncu isə icra sənədini aidiyyəti üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov tərəfindən xx.xx.2021–ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və müvafiq icra hərəkətlərinə başlanılmışdır. İcra icraatı barədə iş üzrə borclu "xxxx" ASC–nin icra hərəkətlərindən məlumatı olmamış, xx.xx.2021– ci il tarixli “icraata başlamaq haqqında” qərar, habelə tələbin könüllü icrası haqqında bildiriş və digər sənədlər ona təqdim olunmamışdır. "xxxx" ASC yalnız ona məxsus daşınmaz əmlakın Tələbkar təklif olunan zaman Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamənin qəbul edildiyi və məhkəmə qətnaməsi üzrə icra hərəkətlərinə başlanıldığı barədə məlumat əldə etmişdir. Bundan sonra, Gəncə Şəhər Məhkəməsinə (o zaman artıq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi ləğv edilmişdi) müraciət edilmiş və məhkəmə qətnaməsinin rəsmi qaydada təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə qətnaməsi əldə edildikdən sonra "xxxx" ASC qanunvericiliklə müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti vermişdir (qeyd: bu zaman məhkəmənin hakimi C.Tağıyev icra qurumuna məktub ünvanlayaraq qətnamədən apellyasiya şikayətinin verilməsini bildirmişdir). Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)–1618/2023 nömrəli, xx.xx.2023–cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)–537/2024 saylı, xx.xx.2024–cü il tarixli qərarı ilə "xxxx" ASC–nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, məhkəmə qətnaməsi bu günə kimi yenidən icraya yönəldilməmişdir. Lakin "xxxx" ASC tələbkara ödənilməli olan pul məbləğini, yəni Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)–288/2021 saylı, xx.xx.2021–ci il tarixli qətnaməsi ilə tutulmuş 18.446,56 manat pulu tam şəkildə Tələbkar, 30 manat dövlət rüsumunu dövlət büdcəsinə və 200 manat ekspertiza xərcini müvafiq hesaba ödəmişdir. Tələbkar öz növbəsində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırda Şəmkir Rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə icraata xitam verməkdən imtina edərək, "xxxx" ASC–dən əlavə olaraq 7 faiz həcmində (1.291,25 manat) icra ödənişinin həyata keçirilməsini tələb etmiş və icra məmuru bu barədə xx.xx.2023– cü il tarixli qərar qəbul etmişdir (qeyd: qərar xx.xx.2024–cü il tarixdə "xxxx" ASC– nin nümayəndəsinə təqdim olunub). Hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədovun “icra ödənişinin alınması haqqında” xx.xx.2023–cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Yuxarıda qeyd edildiyi kimi "xxxx" ASC–nin X9 Rayon Məhkəməsinin 2(043)–288/2021 saylı, xx.xx.2021–ci il tarixli qətnaməsindən, habelə qətnamə üzrə başlanmış icra hərəkətlərinin həyata keçirilməsindən məlumatı olmamışdır. Eyni zamanda. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrası haqqında bildirişi və digər sənədləri ümumiyyətlə, "xxxx" ASC–yə rəsmi qaydada təqdim etməmişdir (icra sənədində də cavabdehin ünvanı səhv qeyd olunub). "xxxx" ASC məhkəmə qətnaməsi barədə məlumat əldə edən kimi, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Hətta, iş yenidən icraya gəlməsə belə, "xxxx" ASC məhkəmə qətnaməsi üzrə tələbi könüllü qaydada tam şəkildə icra etmişdir. Bununla da, "xxxx" ASC–dən icra ödənişinin tələb olunması yolverilməzdir və qanunsuzdur. Odur ki, icra ödənişinin alınması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ərizənin əsassız olduğunu bildirmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar X5 və borclu "xxxx" ASC–yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tələbkarın və borclunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, borclunun ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh "xxxx" ASC–yə qarşı istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar sağlamlığa vurulmuş ziyana görə zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmuş və "xxxx" ASC–dən xx.xx.2016–cı il tarixdən xx.xx.2020–ci il tarixədək olan dövr üçün 18.446,56 manat ödənc pulunun alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı icra vərəqəsindən görünür ki, həmin qətnamə üzrə xx.xx.2021–ci il tarixdə icra vərəqəsi verilmiş, icra vərəqəsində cavabdehin ünvanı “Şəmkir şəhəri, Emissiya prospekti” kimi qeyd edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC–nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(104)– 1618/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024–cü il tarixli, 2(102)–537/2024 saylı qərarından görünür ki, cavabdeh "xxxx" ASC–nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(104)–1618/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022–ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC–yə bildiriş ünvanlanaraq, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı icra sənədi üzrə tələbin icra edilməsi tələb edilmiş, həmin bildiriş “Şəmkir şəhəri, Emissiya prospekti”nə göndərilmişdir. İşdə olan "xxxx" MMC–nin xx.xx.2023–cü il tarixli 35/23 saylı “Hərracın baş tutmamasına dair yekun protokol”undan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı icra sənədinə əsasən, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli sifarişi üzrə borclu "xxxx" ASC–yə məxsus, Şəmkir rayonu, Könüllü kəndi, Bakı–Qazax avtomobil yolunun 387–ci km–də yerləşən əmlak kompleksi kimi müəssisənin tərkibində yerləşən, iki mərtəbədən ibarət qeyri–yaşayış binasının açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac xx.xx.2023–cü il tarixə saat 10:00–a təyin edilmiş, hərracın keçirilmə tarixi və yeri xx.xx.2023–cü il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X1 (Portalında) dərc edilmiş, maraqlı tərəflərə hərracın keçirilməsi barədə bildiriş göndərilmişdir. Lakin təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bundan sonra təkrar hərrac xx.xx.2023–cü il tarixə saat 10:00–a təyin edilmiş, hərracın keçirilmə tarixi və yeri xx.xx.2023–cü il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X1 (Portalında) dərc edilmiş, maraqlı tərəflərə hərracın keçirilməsi barədə bildiriş göndərilmişdir. Lakin təyin edilmiş təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, növbəti təkrar hərrac xx.xx.2023–cü il tarixə təyin edilmiş, hərracın keçirilmə tarixi və yeri xx.xx.2023–cü il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X1 (Portalında) dərc edilmiş, maraqlı tərəflərə hərracın keçirilməsi barədə bildiriş göndərilmişdir. Lakin təyin edilmiş növbəti təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, sonuncu təkrar hərrac xx.xx.2023–cü il tarixə təyin edilmiş, hərracın keçirilmə tarixi və yeri xx.xx.2023–cü il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X1 (Portalında) dərc edilmiş, maraqlı tərəflərə hərracın keçirilməsi barədə bildiriş göndərilmişdir. Lakin təyin edilmiş sonuncu təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı icra sənədi üzrə borclu "xxxx" ASC–dən 1.291,25 manat icra ödənişinin tutulması qərara alınmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)– 288/2021 saylı icra sənədinin icra edilməsi xahiş edilmişdir. İşdə olan və tələbkar X6 tərəfindən xx.xx.2024–cü il tarixdə yazılmış qəbzdən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı icra sənədi üzrə 18.446,56 manat pulu tam şəkildə "xxxx" ASC–dən almışdır. İşdə olan və tələbkar X6 tərəfindən xx.xx.2024–cü il tarixdə yazılmış ərizədən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı icra sənədi üzrə 18.446,56 manat pulu tam şəkildə "xxxx" ASC–dən almış, bu səbəbdən həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)–288/2021 saylı, xx.xx.2021–ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC–dən xx.xx.2016–cı il tarixdən xx.xx.2020–ci il tarixədək olan dövr üçün 18.446,56 (on səkkiz min dörd yüz qırx altı manat, 56 qəpik) manat ödənilməmiş zərərə görə ödənc pulunun alınaraq, iddiaçı X3 xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC–dən tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın cavabdeh "xxxx" ASC–dən tutulması qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)– 288/2021 saylı, xx.xx.2021–ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün əvvəlcə Gəncə Şəhəri Üzrə İcra İdarəsinə verilmiş, sonuncu isə icra sənədini aidiyyəti üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov tərəfindən xx.xx.2021–ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və müvafiq icra hərəkətlərinə başlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, bu səbəbdən Gəncə Şəhər Məhkəməsi tərəfindən xx.xx.2023–cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə məktub ünvanlanaraq, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021–ci il tarixli 2(043)–288/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC–nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilməsi barədə məlumat verilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin 2(104)–1618/2023 nömrəli, xx.xx.2023–cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)– 537/2024 saylı, xx.xx.2024–cü il tarixli qərarı ilə "xxxx" ASC–nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan sonuncu məhkəmə aktından sonra icra vərəqəsinin icrasının davam etdirilməsi barədə icra orqanına məktub xx.xx.2024–cü il tarixdə verilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edlmişdir ki, 18.446,56 manat pul tam şəkildə Tələbkar ödənilmişdir. Tələbkar öz növbəsində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək pulu tam şəkildə aldığını bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə icraata xitam verməmiş, əksinə "xxxx" ASC–dən əlavə olaraq 7 faiz həcmində, yəni 1.291,25 manat icra ödənişinin həyata keçirilməsi barədə xx.xx.2023–cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC–nin ərizəsi əsaslı olduğundan təmin edilməli və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1–ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7– ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2–ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3–cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 78.1–ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri–əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qeyd olunan qanun normalarının tələblərinə baxmayaraq, icra məmuru ilk öncə borcluya könüllü icra üçün bildirişin göndərmədən, həmin bildirişin borclu tərəfindən alınıb–alınmamasını yoxlamadan, buna dair təsdiq edici sənəd əldə etmədən, yəni icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinə əmin olduqdan sonra borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul etməli olmasına baxmayaraq, bunlara əməl etməmiş və birbaşa icra ödənişinin alınması barədə qərar qəbul etmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən 18.446,56 manat pul tam şəkildə Tələbkar ödənilmişdir. Tələbkar öz növbəsində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək pulu tam şəkildə aldığını bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu hal da ona dəlalət edir ki, icra məmuru icra ödənişinin alınması barədə xx.xx.2023–cü il tarixdə qərar qəbul etsə də, həmin dövrdə mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Belə olan halda isə borclu tərəfindən icra sənədində göstərilən tələblərin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bu isə onu deməyə əsas verir ki, icra məmurunun xx.xx.2023–cü il tarixdə qərarı əsassız şəkildə qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC–nin ərizəsi əsaslı olduğundan təmin edilməli və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı X3 cavabdeh "xxxx" ASC–yə qarşı istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar sağlamlığa vurulmuş ziyana görə zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə “İcra ödənişinin alınması barədə” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-391/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-391/2024
10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver