Məhkəmə qərarları › İş №8(076)-392/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-392/2023

01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-392/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus «Nazlifan LF7132/2-320» markalı **-BZ-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076) 2597/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1497,68 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulub BOKT "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8 (076)-445/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “ Nazlifan LF7132/2-320” markalı **- BZ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2597/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrsı ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu məxsus «Nazlifan LF7132/2-320» markalı **-BZ- *** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir, lakin borclu məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu borcunu ödədiyini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, Borclu məxsus Şəmkir şəhərində yerləşən «Nazlifan LF7132/2-320» markalı **-BZ-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2597/2018 saylıxx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus «Nazlifan LF7132/2-320» markalı **-BZ-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076) 2597/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məxsus «Nazlifan LF7132/2-320» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar