Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-394/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 , Borclu iştirakı ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3075/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3075/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1494.79 manat məbləğində pul alnaraq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə hal-hazırda borc 1494.79 manat təşkil edir. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. İcra sənədini icra etmək məqsdi ilə Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu ölkəni mütamadi olaraq tərk edir. Həmin ölkəyə gedib-gəlməklə sonuncunun oradan uzun müddət qayıtmayacağı və beləliklə də Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-3075/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından yayınacağı ehtimalı vardır. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, lakin borclu məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Borclu bildirdi ki, hal-hazırda tam ödəniş etməyə imkanı olmadığını və müəyyən vaxt ərzində hissə-hissə borcunu ödəyəcəyinə söz verərək məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-3075/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1991-ci ildə ünvan 1 ünvanında yaşayan Borclu ***-***-**-** saylı nömrə və iPhone 7 (32gb) markalı mobil telefona görə "xxxx" MMC-nin xeyrinə 1474 manat 79 qəpik məbləğində abunə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1494 manat 79 qəpik tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-3075/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3075/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1991-ci ildə ünvan 3 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-394/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-394/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver