Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-394/2024 15.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon Məhkəməsinin 02.12. 2015-ci il tarixli, 2(076)-4565/2024 saylı icra sənədi üzrə Borclu “Borclunun məcburi gətirilməsi” barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-4565/2015 saylı, xx.xx.2015-ci il tarixli saylı icra sənədinə əsasən 29 oktyabr 2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün, Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 50 (əlli) manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 90 (doxsan) manat həddində müəyyən edilməsi və 03 noyabr 2015-ci il tarixdən başlayaraq 29 oktyabr 2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi, həmçinin, cavabdeh Borclu 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4565/2015 saylı, xx.xx.2015-ci il tarixli saylı icra sənədinə əsasən 29 oktyabr 2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün, Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 50 (əlli) manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 90 (doxsan) manat həddində müəyyən edilməsi və 03 noyabr 2015-ci il tarixdən başlayaraq 29 oktyabr 2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi, həmçinin, cavabdeh Borclu 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o öhdəliyini yerinə yetirməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki məhkəmə hesab edir ki, Borclu Şəmkir Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 287–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-394/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-394/2024
15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver