Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-394/2025 20.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(076)-246/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(076)-246/2023 saylı icra sənədinə əsasən Borclu cəmi 8.578 manat pulun və 105,78 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bununla belə Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun ərizəsinə əsasən hesab edir ki, təqdimat icra orqanına geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(076)-246/2023 saylı icra sənədinə əsasən Borclu cəmi 8.578 manat pulun və 105,78 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda isə icra məmuru məhkəməyə yazılı ərizə ünvanlayaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılması zərurəti aradan qalxmış və təqdimat icra orqanına geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-394/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-394/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver