Məhkəmə qərarları › İş №8(076)-397/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-397/2024

11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-397/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X5 Borclu: X7 iştirakı ilə X1 Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-379 reyestr nömrəli icra qeydinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-379 reyestr nömrəli icra qeydinə əsasən X4ndan 3.367,63 manat pulun və 25 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin icra qeydi qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda ərizəçi X9 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-379 reyestr nömrəli icra qeydi üzrə borcunu hissə-hissə ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclası zamanı göstərdi ki, ailənin yeganə qazanc gətirənidir və maddi vəziyyəti ağırdır. Özü rəsmi olaraq işləsə də, aldığı əmək haqqısının 50 faizi başqa kredit borcuna, 50 faizi isə icra qeydi üzrə borcuna tutulur. Belə olan halda ailəsinin dolandırmaq və maddi ehtiyaclarını qarşılamaq onun üçün çətin olur. Mövcud vəziyyətdə icra qeydi üzrə borcunu ödəyə bilmir. Odur ki, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-379 reyestr nömrəli icra qeydi üzrə borcunu hər ay 50 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-379 reyestr nömrəli icra qeydi icra orqanına daxil olduqdan sonra icra hərəkətləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, borclu Şəmkir Regional Xüsusi X3 X12 şəxsində işləyir və aylıq 700,2 manat əmək haqqı alır. Bu səbəbdən borclunun ödənilməmiş 2.671 manat borcu əmək haqqısının 50 faizinə yönəldilmişdir. Hazırda ərizənin dəlillərini qəbul etməsə də, ərizə üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun və icra məurunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə icra sənədinin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, notariat orqanının müvafiq icra qeydi ilə borcludan cəmi 3.392,63 manat məbləğində pulun tutulub tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qərara alınmış, borclu həmin borcundan ödənişlər etmiş və ödənilməmiş 2.671 manat borcu qalmışdır. Qeyd olunan borc məbləğinin hər ay hisssə-hissə 50 manat olmaqla ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal icra qeydinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X2 icra qeydinin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X2 Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-379 reyestr nömrəli icra qeydinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar