Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-399/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(076)-3517/2018 saylı məhkəmə ərinə əsasən borlcu Borclu cəmi 18,31 ABŞ dolları məbləğində pulun və 20 manat dövlət rüsumunun alınıb tələbkar BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Məhkəmənin həmin əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə əmrini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(076)-3517/2018 saylı məhkəmə ərinə əsasən borlcu Borclu cəmi 18,31 ABŞ dolları məbləğində pulun və 20 manat dövlət rüsumunun alınıb tələbkar BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, borcluya Tələbin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıq məktubu ümumiyyətlə göndərilməmiş, eləcə də, onun icra şöbəsinə gəlməkdən boyun qaçırmasına dair mötəbər sübutlar aşkar edilməmişdir. Bu hal isə borclunun qərəzli şəkildə icra orqanına gəlməkdən yayınması halını istisna edir. Məhkənə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri icra məmuru üçün məcburi icra tədbirlərinin tətbiqi əsaslarını, icra tədbirlərinin siyahısını müəyyən etmişdir. Buna baxmayaraq, icra məmuru hazırki icra sənədinin icrası zamanı Qanunun 44.2-ci maddəsinə əsasən borcluya könüllü icra üçün bildirişin göndərmədən, həmin bildirişin borclu tərəfindən alınıb-alınmamasını yoxlamadan, buna dair təsdiq edici sənəd əldə etmədən, o cümlədən borclunun əmlakının olub-olmaması kifayət qədər araşdırılmadan qeyd olunan normaların tələblərini pozaraq əsas yaranmadan borclunun məcburi gətirilməsinə dair təqdimat vermişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hazırki vəziyyətdə isə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən yayınması halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43, 44 və 84.2-ci maddələrinin tələbləri baxımından nəzərdən keçirərək hesab edir ki, borclunun məcburi gətirilməsinə dair hazırki təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(076)-3517/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-399/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-399/2024
11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver