Məhkəmə qərarları › İş №8(076)-412/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-412/2024

10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-412/2024 10.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-4858/2018 saylı icra sənədinə əsasən, borclular X1 və Borclu cəmi 1398.24 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutulub BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borcluya məxsus olan “VAZ 21099” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatın əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına “VAZ 21099” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus “VAZ 21099” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan həmin avtomobil üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus, “VAZ 21099” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar