Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-418/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus «VAZ-21074» minik markalı **-BN- *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 1170/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən Borclu məxsus «VAZ-21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilmiş və Şəmkir rayon Məhkəməsinin 8(076)- 447/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. İcra sənədi üzrə mövcud borc Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən Borclu məxsus «VAZ- 21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 14 may 2020-ci il tarixli 2(076)-1170/2020 saylı icra vərəqəsindən görünür ki, Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Tələbkar xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus «VAZ-21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-1170/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus «VAZ-21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-418/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-418/2023
21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver