Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-424/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Cavabdeh Borclu iştirakı ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-6324/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 6324/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3 və Borclu müştərək qaydada cəmi 13044,24 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nə verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixində Şəmkir Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, qeyd olunan icra sənədi üzrə özü zamin olmuş, əsas borclu ödəniş etmədiyi üçün gecikmələr yaranmışdır. Hazırda həyat yoldaşı Nailə Məmmədova ağır xəstəlikdən əziyyət çəkir, belə ki, onkoloji xəstədir. 2023-cü ilin avqust ayında ölkədən getmək hüququ məhdudlaşdırılmamışdan əvvəl Türkiyə Respublikasında Ankara şəhərində xəstəliklə bağlı müayinə olunmuş, xx.xx.2023cü il tarixə əməliyyat təyin edilmişdir. Həyat yoldaşı ilə o getməlidir, belə ki, xəstəxanada həkimlərlə danışığı, eyni zamanda əməliyyatdan sonra həyat yoldaşının yanında qalıb onun səhhəti ilə maraqlanmağı onun özü edir. Bu səbəbdən həyat yoldaşı ilə ondan başqa heç kim gedə bilməz. Eyni zamanda borcu qeyd edildiyi qədər deyil, 4000 manat yaxın borc qalmışdır ki, hər ay 300 manat ödəniş edilir. Məhkəmə təqdimatı, eyni zamanda Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən tələb edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-6324/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X4 və Borclu müştərək qaydada 11253,08 manat əsas, 1647,83 manat faiz, 143,33 manat cərimə borcu olmaqla cəmi 13044,24 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu təqdim edilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-6324/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi dərhal icra edilməsi xahiş olunur. İcra haqda qanunun 84-1.1.-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təqdimata əlavə edilmiş sənədlərdən icra qurumunun xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin və icraata başlamaq haqqında qərarının surətinin Borclu hansı tarixdə verilməsi görünmür. Bundan başqa, təqdim olunmuş sənədlərdən icra məmuru tərəfindən borcluya rəsmi xəbərdarlıqların edilməsi, onun icra qurumuna dəvət olunması, izahatının alınması, ona ölkədən getmək hüququnun məhdudlaşdırılacağı barədə xəbərdarlıq edilməsi görünmür. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1.-ci bəndinə əsasən könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2.-ci bəndinə əsasən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3.-ci bəndinə əsasən borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Borclu barəsində olan icra sənədi üzrə borcluya xəbərdarlıq təqdim edilsə də xəbərdarlığın nə vaxt verilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Bu səbəbdən şəxsə verilmiş könüllü icra müddətinin nə vaxtdan başlamasını müəyyən etmək mümkün etmək olmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Lakin, təqdimata əlavə olunmuş sənədlərdən Borclu tələbin könüllü icrası haqqında bildirişi hansı tarixdə alması və ya bu barədə məlumatlı olması, icra sənədinin müəyyən edilmiş vaxt ərzində onun tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən olunmur. Eyni zamanda məhkəmə qeyd edir ki, Borclu həyat yoldaşı X2 ağır xəstəlikdən əziyyət çəkməklə onun müayinə və müalicəyə ehtiyacı vardır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, N. S. Məmmədovaya xx.xx.2023-cü il tarixə X1 şəhərində əməliyyat təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məcburi icra tədbirinin tətbiq edilməsi məqsədə müvafiq deyildir. Bu baxımdan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-424/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-424/2023
06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver