Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-428/2023 29.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İcra sənədi üzrə X1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 1418/2021 saylı məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1418/2021 saylı qətnaməsi üzrə borcun qalan hissəsini hər ay 200 (iki yüz) manat olmaqla hissə-hissə ödənilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu X5 ərizəni onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1418/2021 saylı qətnaməsi ilə X3 12485,45 manat kredit ödənişi, 3914,49 manat faiz ödənişi və 200 manat məhkəmə xərci olmaqla, cəmisi 16599,94 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin məbləği hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci tarixli Qərarında məhkəmə 55-ci bənddə xatırlatmışdır ki, 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd «məhkəmə araşdırması» hüququnu təsbit edir; məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ isə həmin hüququn bir aspektini təşkil edir. Lakin, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. 6-cı maddənin 1-ci bəndində mübahisə tərəflərini məhkəmə qərarlarının icra olunması hüququ ilə təmin edən prosessual təminatların ətraflı təsvir edilməsi ağlabatan olmazdı; 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə daha sonra 56-cı bənddə xatırlatmışdır ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin, bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-1418/2021 saylı qətnaməsinin çıxarıldığı vaxtdan bu günə qədər 5 il vaxt keçmişdir ki, borclu keçən müddət ərzində məhkəmə qətnaməsini icra etmək üçün kifayət qədər vaxta malik olmuşdur. Hazırda ərizənin təmin edilməsi isə məhkəmə qətnaməsinin tam olaraq icrasının əlavə olaraq 80 aydan artıq müddətə uzadılması demək olacaqdır ki, bu da tələbkarın mənafeyi baxımından yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilməsin. X1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1418/2021 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №8(076)-428/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-428/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver