Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-428/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-6243 reyestr nömrəli icra qeydinə əsasən Borclu 3.840 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Şəmkir rayon İcra və Probasiya Şöbəsi başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borcluya məxsus olan, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli 2.5458 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməyinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli 2.5458 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə hesab edir ki, hazırki təqdimat Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli 2.5458 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1.5458 ha hissəsinin üzərinə həbs qoyulması hissəsində əsaslı olduğundan yalnız həmin hissədə təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı müəyyən olunmuş, həmin siyahının 3-cü bəndində göstərilmişdir ki, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli 2.5458 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlükdə üzərinə həbs qoyma növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir. Beləliklə, məhkəmə hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimat qismən əsaslı olduğundan qismən təmin edilməli, mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.0 hektaradək hissəsi borclu və onun ailəsinin məşğuliyyəti üçün zəruri olduğundan, qalan 1.5458 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus olan, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli 2.5458 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.5458 ha hissəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-428/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-428/2024
18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver