Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-431/2023 29.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X7 qızının katibliyi ilə, X1 iştirakı ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 3000 manat borc, hüquqi yardıma görə ödənilmiş 530 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq X2na verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular Borclu1 və Borclu2 icra sənədində göstərilən ünvanlarına göndərilmişdir. Borclular icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərindən qərar qəbul edilərək borclular Borclu1 və Borclu2 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Odur ki, Borclu1 və Borclu2 Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatın təmin olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. X2 məhkəmə iclasında göstərmişdir ki, borclular Borclu1 və Orucov X6 Rayon Məhkəməsinin 2(076)-2625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməyərək, ona ödəməli olduğu borcu ödəməkdən imtina etmiş və qərəzli olaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu1 və Borclu2 borcunu tələb edir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borclular Borclu1 və Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və borcluların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə tələbkarı dinləyib, təqdimatın dəlillərini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada 3000 manat borc, hüquqi yardıma görə ödənilmiş 530 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 301548/2021 nömrəli bildirişdən görünür ki, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Təqdimata əlavə olunmuş borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru Ayaz Hüseynov tərəfindən borclular Borclu1 və Borclu2 məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, borclulara tələbin könüllü icrası haqqında bildiriş və müvafiq xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, icra şöbəsinə gəlməkdən yayınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, borclular Borclu1 və Orucov X6 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Borclu1 və Orucov X6 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimŞəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-431/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-431/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver