Məhkəmə qərarları › İş №8(076)-432/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-432/2025

14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-432/2025 14.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə Tələbkar ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: Tələbkar cavabdeh Borclu qarşı iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı qətnaməsi ilə təmin edilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı qətnaməsinin icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2407/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 440 manat alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Həmin icra sənədi Şəmkir rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Borclu ilə alimentin ödənilməsinə dair razılıq əldə etdiklərindən icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını bildirmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsi xx.xx.2025-ci il tarixdə həmin icra sənədini Şəmkir rayon Məhkəməsinə geri qaytarmışdır. Hazırda borclu aralarında olan razılığı pozaraq alimenti öödəmir. Odur ki, qeyd edilən icra sənədinin yenidən icraata yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı icra sənədi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2–ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İcra Haqqında Qanununun 2.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı icra sənədi üzrə tələbkarın ərizəsi təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldi: Ərizə təmin edilsin. Tələbkar, Borclu qarşı aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2407/2023 saylı icra sənədi icra edilməsi üçün yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar