Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-433/2025 02.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar Kamil qızının Borclu: Borclu nümayəndəsi (atası) X1 iştirakı ilə İddiaçı Tələbkar Kamil qızının cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar Kamil qızının cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2023–cü il tarixdən başlayaraq, xx.xx.2016–cı il tarixdə doğulmuş Rabiyə, xx.xx.2023–cü il tarixdən başlayaraq, xx.xx.2018–ci tarixdə doğulmuş Rəvan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Xəlilli (Mahmudova) Gülnar Kamil qızına verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar Kamil qızı ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Kamil qızı məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu nümayəndəsi X2 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə icra orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı qətnaməsi ilə xx.xx.2023–cü il tarixdən başlayaraq, xx.xx.2016–cı il tarixdə doğulmuş Rabiyə, xx.xx.2023–cü il tarixdən başlayaraq, xx.xx.2018–ci tarixdə doğulmuş Rəvan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Xəlilli (Mahmudova) Gülnar Kamil qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2024– cü il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı icra sənədini məhkəməyə qaytarmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli qərarı ləğv edilməli və 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Xəlilli (Mahmudova) Gülnar Kamil qızının cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023–cü il tarixli 2(076)–896/2023 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №8(076)-433/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-433/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver