Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-44/2023 27.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2997/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu xx.xx.2021-ci il təvəllüdlü Zahir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər edilmişdir. Lakin bu müddət ərzində borclular tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Təqdimata əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu xx.xx.2021-ci il təvəllüdlü Zahir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment alınıb tələbkar X2 verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu bildərişə imaza edərək qəbul etmişdir. İcra haqda qanunun 84-1.1.-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1.-ci bəndinə əsasən könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2.-ci bəndinə əsasən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3.-ci bəndinə əsasən borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Belə ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2023-cü il tarixli təqdimat məhkəməyə təqdim edilməsinə baxmayaraq, borc məbləği, icra sənədinin icra edilməməsinin səbəbləri, borclunun əmlakı və gəlirinin olmaması, tələbin yönəldilə biləcəyi əmlakının olmaması göstərilməmiş və buna dair heç bir sübut təqdimata əlavə edilməmiş, borclunun ölkədən getmə hüququnun məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(076)-44/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-44/2023
27.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver