Məhkəmə qərarları › İş №8(076)-441/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-441/2025

14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-441/2025 14.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Tələbkar, Borclu2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə Tələbkar ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: Tələbkar cavabdeh Borclu1 qarşı pul tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı qətnaməsi ilə təmin edilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı qətnaməsinin icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu1 və Borclu2 cəmi 1333 manat tutularaq ona verilməlidir. Qeyd olunan qətnamənin icrası ilə bağlı 2023-cü ildə borclular ilə aralarında razılıq əldə olunduğu üçün icra sənədini məhkməyə geri qaytarılması ilə əlaqədar Şəmkir rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət etmişdir. Borclu1 və Borclu2 tərəfindən həmin razılaşma pozulduğu üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək Şəmkir rayon Məhkəməsinin 2(076)- 2784/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsini icra olunması üçün yenidən icraya yönəldilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsində göstərdiklərinə uyğun ifadə verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu2 izahat verərər bildirdi ki, qeyd edilən qətnamə üzrə o cavabdeh, icra sənədi üzrə isə borclu olmamışdır. Bu səbəbdən ona aid hissədə ərizənin təmin edilməməsini xaiş etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı icra sənədi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2–ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İcra Haqqında Qanununun 2.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı icra sənədi üzrə tələbkarın ərizəsi təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. Tələbkar Borclu1 pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2784/2022 saylı icra sənədi icra edilməsi üçün yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar