Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-448/2024 01.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru: X2 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-120/2020 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-120/2020 saylı icra sənədinə əsasən, cavabdehlər Borclu və X1 müştərək qaydada 734.33 (yeddi yüz otuz dörd ABŞ dolları, otuz üç sent) ABŞ dolları (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınıb BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 120/2020 saylı icra sənədi xx.xx.2020-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. İcra sənədində olan tələbi könüllü təmin etməsi üçün borcluya 10 gün müddət müəyyən edilmiş, lakin, bu müddət ərzində tələb könüllü təmin edilmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Odur ki Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatın zərurət olduğundan verildiyini və hazırda borclunun ölkədən getməsinin məhdudlaşdırılmalı olduğunu bildirərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu ifadəsində göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-120/2020 saylı icra sənədinə əsasən, ondan və X1 müştərək qaydada 734.33 (yeddi yüz otuz dörd ABŞ dolları, otuz üç sent) ABŞ dolları (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınıb BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda borcunu ödəməli olduğunu dərk edir, lakin, maddi vəziyyəti qənaətbəxş deyil, mövcud vəziyyəti aradan qaldırmağa çalışacaq. Məhkəmədən qeyd etdiyi xüsusatların nəzərə alınmasını xahiş etdi. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, 2(076)-120/2020 saylı icra sənədinə əsasən, cavabdehlər Borclu və X1 müştərək qaydada 734.33 (yeddi yüz otuz dörd ABŞ dolları, otuz üç sent) ABŞ dolları (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınıb BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-120/2020 saylı icra sənədi üzrə borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-448/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-448/2024
01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver