Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-449/2023 29.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 qızının katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2874/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 774 ABŞ dolları məbləğində borc ödənildiyi gün Azərbaycan manatına olan məzənnəsi üzrə və 20 manat dövlət rüsumu tutulub BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə, nə də sonrakı dövrdə tələb təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar tələbkarın məktubuna əsasən Borclu ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq X2 məxsus çəkisi 23.4 qram olan 350 ABŞ dolları dəyərində olan 1 ədəd qolbağı, 1 ədəd sırğa, 1 ədəd üzük-qızıl-zinət əşyaları BOKT "xxxx" ASC-nin saxlancında saxlanılır. Borclu banka borcu cəmi 774 ABŞ dolları və 20 manat dövlət rüsumu təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulması barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, tələbin borclunun əmlakına yönəldilməsi üçün iş üzrə Borclu ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq X2 məxsus olan və bankda saxlancda saxlanılan çəkisi 23.4 qram olan 350 ABŞ dolları dəyərində olan 1 ədəd qolbağı, 1 ədəd sırğa, 1 ədəd üzük əşyalarının üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkar BOKT "xxxx" ASC-nə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2874/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, xx.xx.1961-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuş, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan cavabdeh Borclu və xx.xx.1966-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan borclu X1 müştərək qaydada 704 ABŞ dolları əsas borc və 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774 (yeddi yüz yetmiş dörd) ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq Şəmkir şəhəri, S.Vurğun küçəsi-178A ünvanında yerləşən kreditor BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2874/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 161625/18 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-2874/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 774 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumunu BOKT "xxxx" MMC-yə ödəməli olması barədə məlumat verilmiş və əks halda inzibati qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş “Qızıl və zinət əşyalarının götürülməsi haqqında” aktdan görünür ki, X2 məxsus çəkisi 23.4 qram olan 1 ədəd qolbağı, 1 ədəd sırğa və 1 ədəd üzük 350 ABŞ dolları məbləğində qiymətləndirilmiş və BOKT "xxxx" MMC-nin Şəmkir Filialının meneceri tərəfindən təhvil alınmışdır. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu qeyd edilən icra vərəqəsi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqqında bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlıqlarına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq X2 məxsus çəkisi 23.4 qram olan 350 ABŞ dolları dəyərində olan 1 ədəd qolbağı, 1 ədəd sırğa və 1 ədəd üzük qızıl zinət əşyaları üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq X2 məxsus çəkisi 23.4 qram olan 350 ABŞ dolları dəyərində olan 1 ədəd qolbağı, 1 ədəd sırğa və 1 ədəd üzük qızıl zinət əşyalarının üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-449/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-449/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver