Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-449/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkarlar: Tələbkar1, Tələbkar2 Borclu: Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 iştirakı ilə İddiaçılar Tələbkar2 və Tələbkar1 cavabdeh Borclu qarşı pul tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018– ci il tarixli 2(076)–3162/2018 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsi ilə iddiaçılar Tələbkar2 və Tələbkar1 cavabdeh Borclu qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş və cavabdeh Borclu 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun, eləcə də 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçılar Tələbkar2 və Tələbkar1 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkarlar Tələbkar2 və Tələbkar1 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar1 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Borclu onların evini bankın xeyrinə ipotekaya qoyaraq pul götürmüş, lakin pulu ödəmədiyindən ev bankın mülkiyyətinə keçmişdir. Bundan sonra borclunun həmin əməllərinə görə məhkəmədə iddia qaldırmışlar, Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsi ilə cavabdeh Borclu 28.000 manat məbləğində pulun, eləcə də 30 manat dövlət rüsumunun alınıb ona və anası Tələbkar2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra hərəkətləri həyata keçirilən zaman Borclu evini satıb onların pulunu may ayının 5–nə kimi ödəyəcəyini bildirmiş, bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə yazmağı xahiş etmişdir. Onlar da Borclu inanmış və icra şöbəsinə ərizə ilə müraciət etmişlər. Onların ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin Borclu onları aldatmış və pulu ödəməmişdir. Bununla da Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsi icra edilməmiş qalmışdır. Hazırda yaşadıqları ev bankın mülkiyyətinə keçdiyindən bank onları evdən çıxarır. Onların həmin pula ehtiyacları vardır. Belə olan halda hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsi təkrar icraya yönəldilməlidir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, icra hərəkətləri həyata keçirilən zaman Borclu evini satıb onların pulunu ödəyəcəyini bildirmiş, bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə yazmağı xahiş etmişdir. Həmçinin, Natiqin həyat yoldaşı da onlardan ərizə yazmağı xahiş etmişdir. Onlar da Borclu inanmış və icra şöbəsinə ərizə ilə müraciət etmişlər. Onların ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin Borclu hazırki vaxta qədər onların pulunu verməmiş, onları aldadaraq ərizə yazmalarına nail olmuşdur. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Borclu məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun əsas problemi bankladır və o, pulu banka ödəməlidir. Hazırki vaxta qədər banka hissə-hissə pul ödəmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsi əsasından qət edilmiş 28.000 manat puldan tələbkarlara heç bir ödəniş etməmişdir. Hesab edir ki, o, yalnız banka pul ödəməlidir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)– 3162/2018 saylı icra sənədi onun icraatında olmuşdur. İcra hərəkətləri həyata keçirən zaman tərəflər öz aralarında razılaşmış və tələbkarlar 30 aprel 2025–ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə ilə müraciət etmişlər. Onların ərizəsi əsasında 30 aprel 2025–ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Onlar borclu tərəfindən tələbkarlara pulun verilməsini görməmişlər. Tərəflər öz aralarında razılaşıb icra şöbəsinə ərizə vermişlər. Odur ki, ərizə üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarların ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı qətnaməsi ilə cavabdeh Borclu 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun, eləcə də 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçılar Tələbkar2 və Tələbkar1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarların ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra zamanı borclu icra sənədində göstərilən tələbləri yerinə yetirməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Həmçinin, icra işinə məhkəmə tərəfindən baxış keçirilmiş və pulun ödənilməsi ilə bağlı təsdiqedici sənədlər müəyyən edilməmişdir. Habelə, Borclu özü də məhkəmə iclası zamanı 28.000 manat puldan tələbkarlara heç bir ödəniş etmədiyini bildirmişdir. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 30 aprel 2025–ci il tarixli qərarı ilə tələbkarların ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı icra sənədi üzrə icraata xitam vermişdir. Lakin icra sənədində göstərilən tələblər borclu tərəfindən yerinə yetirilməmiş və icra sənədi tam icra olunmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi üzrə icraata xitam verilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ləğv edilməli və 20 noyabr 2018–ci il tarixli 2(076)– 3162/2018 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2025–ci il tarixli qərarı ləğv edilsin. İddiaçılar Tələbkar2 və Tələbkar1 cavabdeh Borclu qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2018–ci il tarixli 2(076)–3162/2018 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №8(076)-449/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-449/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver