Məhkəmə qərarları › İş №8(076)-453/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-453/2024

01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-453/2024 01.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Tələbkar: X3 Borclu: Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 iştirakı ilə İddiaçı X3 cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin olunmuş və 21 sentyabr 2021–ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü Qənirə və xx.xx.2015-ci il təvəllüdlü Mirəddin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə X1 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclası zamanı izahatında göstərdi ki, məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Lakin icra zamanı icra şöbəsinə ərizə vermişdir. Onun ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh bundan sonra uşaqlarına baxmaqdan boyun qaçırmışdır. Hazırda onun həmin alimentə ehtiyacı vardır. Belə olan halda hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarı ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı qətnaməsi təkrar icraya yönəldilməlidir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Borclu tələbkarın ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclası zamanı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tələbkarın ərizəsinin təmin edilməsinə etiraz etmədi, bununla belə ərizə üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı qətnaməsi ilə 21 sentyabr 2021–ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü Qənirə və xx.xx.2015-ci il təvəllüdlü Mirəddin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 02 fevral 2023–cü il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı icra sənədi üzrə icraata xitam vermişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi üzrə icraata xitam verilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarı ləğv edilməli və 06 aprel 2022–ci il tarixli 2(076)–252/2022 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2023–cü il tarixli qərarı ləğv edilsin. İddiaçı X3 cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022–ci il tarixli 2(076)– 252/2022 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar