Məhkəmə qərarları › İş №8(076)-462/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-462/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-462/2025 24.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Həşimov Ağaxan Habil oğlunun katibliyi Tələbkar: Tələbkar iştirakı ilə “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2760/2023 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı qətnaməsi ilə onun cavabdeh X3 qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi hər ay bir uşaq üçün sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra sənədi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sonradan cavabdeh Borclu ilə aralarında razılıq olduğuna görə o Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədinin qaytarılmasını xahiş etmişdir. Onun ərizəsi əsasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 28 yanvar 2025-ci il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinə geri qaytarıldı. Hazırda cavabdeh azyaşlı uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti könüllü olaraq ödəmir. Ona görə də Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 28 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək, icra sənədinin təkrar icraya yönəldilməsi zərurəti yaranmışdır. O, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsini istəyir. Məhkəmə iclası zamanı Tələbkar izahatında ərizəsinin dəlillərini müdafiə edərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İcra hərəkətləri üzrə tələbkarın üstün maraqları qorunmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2760/2023 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar