Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-465/2024 08.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X8 Şikayətçi: X2 iştirakı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X18 onun oğludur. O Tələbkar ASC-dən kredit götürmüşdür. Kreditin təminatı kimi atası X14 məxsus olan, Şəmkir rayonunda yerləşən fərdi yayaşı evi ipoteka ilə yüklü edilmişdir. 2014-cü ildə oğlu X18 vəfat etmişdir. Bundan sonra bank tərəfindən kreditin tutulması ilə bağlı məhkəmələrə müraciət edilmişdir. Nəticədə atasının mülkiyyətində olan ev hərracdan satılmadığından tələbkar banka borc əvəzinə olaraq təklif edilmiş və bankın mülkiyyətinə keçmişdir. Lakin sonradan bank tərəfindən həmin fərdi yaşayış evi ona satılmışdır. Hazırda ona məlum olmuşdur ki, arvadı Zamanova Əminənin və onun pensiyalarına tutma yönəldilərək hər birinin pensiyasından 178 manat pul tutulmuşdur. İcra məmuru Şəmkir rayon 1 saylı Notariat ofisinə sorğu göndərərək müəyyənləşdirmişdir ki, notariat ofisində oğlu Firuz və atası Məhəmməddən miras qalmış əmlaklara vərəsəlik işləri açılmışdır. Lakin vərəsəlik şəhadənaməsinə dair hər hansı notariat hərəkətləri həyata keçirilməmişdir. Bundan sonra icra məmurunun qeyd edilən qərarı ilə Gəncə "Asan Xidmət" Mərkəzində Notariat kontorunun 7E-11580 saylı xx.xx.2015-ci il tarixli icra qeydi üzrə xx.xx.1994-cü ildə anadan olmaqla Şəmkir şəhəri, C.Məmmədquluzadə küçəsi ev 14-də yaşayan X6, xx.xx.1960-cı ildə anadan olmaqla Şəmkir şəhəri R.Rəhimov küçəsi ev 18, mənzil 15-də yaşayan X16, xx.xx.1958-ci ildə anadan olmaqla ünvan 1 ünvanında yaşayan X9 və xx.xx.2014-cü ildə anadan olmaqla Şəmkir şəhəri, C.Məmmədquluzadə küçəsi ev 14 yaşayan X17 xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 və xx.xx.1958-ci ildə anadan olmaqla ünvan 1 ünvanında yaşayan X9 xx.xx.2016-cı il tarixində vəfat etmiş X11 qanun üzrə vərəsəsi kimi tanınmaqla, borclu qismində işə cəlb edilmişlər. "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 31ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər vərəsələr üçün məcburidir. Mülki Məcəllənin 1306.1-ci maddəsində qeyd edilir ki, vərəsələr miras qoyanın Kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin qeyd edilən maddəsindən də görünür ki, mirası qəbul etmiş vərəsə özünə çatası payı miqdarında məsuliyyət daşıyır. Lakin hazırki halda oğlu Firuz və atası Məmməddən heç bir miras əmlak qalmamışdır. Onlardan hansı miras əmlakların qaldığı və onun hansı əmlakları qəbul etdiyi isə müəyyən edilməmişdir. Ona görə də hesab edir ki, icra məmurunun hazırki qərarı əsassız və qanunsuz oduğunudan ləğv edilməlidir. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayətçi X9 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, mərhum oğlu Firuz Zamanov Tələbkar ASC-dən kredit götürmüş, kreditin təminatı kimi atası X14 məxsus olan, Şəmkir rayonunda yerləşən fərdi yayaşı evi ipoteka ilə yüklü edilmişdir. 2014-cü ildə oğlu X18 vəfat etmişdir. Bundan sonra bank tərəfindən kreditin tutulması ilə bağlı məhkəmələrə müraciət edilmişdir. Nəticədə atasının mülkiyyətində olan ev hərracdan satılmadığından tələbkar banka borc əvəzinə olaraq təklif edilmiş və bankın mülkiyyətinə keçmişdir. Lakin sonradan bank tərəfindən həmin fərdi yaşayış evi ona satılmışdır. Hazırda ona məlum olmuşdur ki, arvadı Zamanova Əminənin və onun pensiyalarına tutma yönəldilərək hər birinin pensiyasından 178 manat pul tutulmuşdur. İcra məmuru Şəmkir rayon 1 saylı Notariat ofisinə sorğu göndərərək müəyyənləşdirmişdir ki, notariat ofisində oğlu Firuz və atası Məhəmməddən miras qalmış əmlaklara vərəsəlik işləri açılmışdır. Lakin vərəsəlik şəhadənaməsinə dair hər hansı notariat hərəkətləri həyata keçirilməmiş, onlara hər hansı əmlak miras qalmamışdır. Həmçinin, mübahisəli ev borcun əvəzinə bankın mülkiyyətinə keçmişdir. Sonradan o, həmin evi bankdan satın almışdır. Hesab edir ki, bununla da banka olan mövcud borc ödənilmişdir. Buna baxmayaraq, icra məmuru əsassız olaraq onu və digər ailə üzvlərinin qanun üzrə vərəsə kimi tanıyaraq, borclu qismində işə cəlb etmişdir. Hazırda icra məmurunun həmin qərarı ilə razı deyildir. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X19 izahatında göstərdi ki, X18 ilə Tələbkar ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X14 məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin götürülmüş kredit ödənilmədiyindən bank tərəfindən məhkəmədə iddia qaldırılmış və borcun ödənilməsi ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti açıq hərracdan satılsa da, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etməmişdir. Bundan sonra müəyyən edilmişdir ki, X6, X16, X9 və X17 xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 və X9 xx.xx.2016-cı il tarixində vəfat etmiş X11 qanun üzrə vərəsələridir. Bu səbəbdən 05 fevral 2024-cü il tarixli qərar qəbul edərək, həmin şəxsləri qanun üzrə vərəsə kimi tanıyaraq, borclu qismində işə cəlb etmişdir. Hesab edir ki, həmin qərar qanunidir və ləğvi üçün əsaslar yoxdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, şikayətçinin və icra məmurunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə “Asan Xidmət” Mərkəzi Notariat Kontorunun xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Tələbkar ASC ilə X18 arasında xx.xx.2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış, müqavilənin təminatı kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X15 ilə ipoteka müqaviləsi bağlanmışdır. X1 tərəfindən öhdəliklər icra edilməmiş, bu səbəbdən Tələbkar ASC-nin xx.xx.2014-cü il tarixli müraciəti əsasında ipoteka müqaviləsi üzərində icra qeydi aparılmışdır. İşdə olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında xx.xx.2016-cı il tarixli Y-188 saylı protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Tələbkar ASC tərəfindən 127.500 manata satın alınmışdır. İşdə olan Tələbkar ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə “Asan Xidmət” Mərkəzi Notariat Kontorunun xx.xx.2015-ci il tarixli icra qeydi ilə X9 və qeyrisindən Tələbkar ASC-nin xeyrinə ümumilikdə 166.537,93 ABŞ dolları və 36,50 dövlət rüsumu tutulmalıdır. Borcun təminatı olaraq X14 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq Tələbkar ASC-yə təhvil verilməlidir. Bu səbəbdən bank Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 miras qalmış Şəmkir şəhərində yerləşən 0.4513 ha torpaq sahəsindəki 5/1 hissəyə dair onun vərəsələri-atası X5, anası X12, arvadı X3 və qızı X13 xx.xx.2018-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 miras qalmış ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 87.10 kv.m, ünvan 4 ünvanda olan, ümumi sahəsi 143.52 kv.m olan qeyri-yaşayış sahələrinə dair övladı X5 xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat hərəkətləri aparılmışdır. İşdə olan Tələbkar ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə “Asan Xidmət” Mərkəzi Notariat Kontorunun xx.xx.2015-ci il tarixli qərarı ilə X18 və qeyriləri ilə Tələbkar ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. Borcluların qalıq borcu 15.378 ABŞ dolları təşkil edir. Bu səbəbdən bank Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli qərarından görünür ki, Gəncə “Asan Xidmət” Mərkəzi Notariat Kontorunun xx.xx.2015-ci il tarixli icra qeydi üzrə X6, X16, X9 və X17 xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 və X9 xx.xx.2016-cı il tarixində vəfat etmiş X11 qanun üzrə vərəsəsi kimi tanınmaqla, borclu qismində işə cəlb edilmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Tələbkar ASC ilə X18 arasında xx.xx.2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış, müqavilənin təminatı kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X15 ilə ipoteka müqaviləsi bağlanmışdır. X1 tərəfindən öhdəliklər icra edilməmiş, bu səbəbdən Tələbkar ASC-nin xx.xx.2014-cü il tarixli müraciəti əsasında ipoteka müqaviləsi üzərində icra qeydi aparılmışdır. Bundan sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda Tələbkar ASC tərəfindən 127.500 manata satın alınmışdır. Lakin satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etməmiş və 15.378 ABŞ dolları məbləğində ödənilməmiş qalıq borc qalmışdır. Həmçinin, müəyyən edilmişdir ki, X18 xx.xx.2014-cü il tarixdə, X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. X7 miras qalmış əmlaka dair onun vərəsələri-atası X5, anası X12, arvadı X3 və qızı X13 xx.xx.2018-ci il tarixdə, X4 miras qalmış əmlaka dair isə X5 xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra icra məmuru haqlı olaraq 05 fevral 2024-cü il tarixli qərar qəbul edərək həmin şəxsləri qanun üzrə vərəsə kimi tanıyaraq, borclu qismində işə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin hərtərəfli və obyektiv araşdırılmış halları ilə müəyyən edilir ki, X7 miras qalmış əmlaka dair onun vərəsələri-atası X5, anası X12, arvadı X3 və qızı X13 xx.xx.2018-ci il tarixdə, X4 miras qalmış əmlaka dair isə X5 xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda onlar öz paylarına mütənasib surətdə birgə borclu kimi miras qoyanların banka qalmış qalıq borcuni tam ödəməyə borcludurlar. Bu səbəbdən məhkəmə hesab edir ki, icra məmuru 05 fevral 2024-cü il tarixli qərarı əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi ərizəsində oğlu Firuz və atası Məmməddən heç bir miras əmlak qalmamasını, onlardan hansı miras əmlakların qalması və onun hansı əmlakları qəbul etməsinin müəyyən edilmədiyini göstərsə də, iş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubu ilə həmin hal təkzib edilmişdir. Belə ki, qeyd olunan məktubla müəyyən edilmişdir ki, X7 Şəmkir şəhərində yerləşən 0.4513 ha torpaq sahəsi, X4 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 87.10 kv.m, ünvan 4 ünvanda olan, ümumi sahəsi 143.52 kv.m olan qeyri-yaşayış sahələri miras qalmış, məhz həmin əmlaklara görə yuxarıda adı qeyd edilən şəxslərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, miras əmlak üzrə X5, X12, X3 və X13 vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, onlar qanuni əsaslarla icra məmuru tərəfindən Gəncə “Asan Xidmət” Mərkəzi Notariat Kontorunun xx.xx.2015-ci il tarixli icra qeydi üzrə qanun üzrə vərəsə kimi tanınaraq, borclu qismində işə cəlb edilmişlər. Göründüyü kimi ipoteka predmetinin satışından əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etməmiş və 15.378 ABŞ dolları məbləğində ödənilməmiş qalıq borc qalmışdır. Bu səbəbdən də qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 05 fevral 2024-cü il tarixli qərar qəbul edərək yuxarıda adları qeyd edilən şəxsləri qanun üzrə vərəsə kimi tanıyaraq, borclu qismində işə cəlb etmişdir. Belə olan halda həmin qərarın ləğv edilməsinə heç bir əsaslar müəyyən olunmur. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli qərarından X9 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun, onun qanun üzrə vərəsəsi ilə əvəz olunması haqqında” 05 fevral 2024-cü il tarixli qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-465/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-465/2024
08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver