Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-471/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(076)-3048/2022 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3048/2022 saylı icra sənədi üzrə Borclu 1460 manat məbləğində pul və 35 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(076)-3048/2022 saylı icra sənədinin xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərildiyini, icra sənədində olan tələbin könüllü təmin edilməsinin mümkün olmadığını, lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbin könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərildiyini göstərərək, icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuruna, tələbkar X1 və Borclu məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki məsələyə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3048/2022 saylı icra sənədi üzrə Borclu 1460 manat məbləğində pul və 35 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(076)- 3048/2022 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin (borclunun) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(076)-3048/2022 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-471/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-471/2023
27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver