Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-471/2024 19.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-756/2023 saylı icra sənədi üzrə, “Borclunun əmlakı üzərinə həbs qoyulması” haqqında Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatına məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon İcra və Probasiya şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-756/2023 saylı icra sənədinə əsasən, borclular X2 və Borclu, müştərək qaydada 4560 manat pul və 66 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borcluların ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «2757AO ŞAS QAZ 3302» yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Odur ki borcluya məxsus olan «2757AO ŞAS QAZ 3302» yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı zərurət olduğundan verdiyini və hazırda borclunun əmlakı üzərinə həbs qoyulmalı olduğunu bildirərək təqdimatın təmin edilməsini xahiş etdi. İş üzrə borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə hər-hansı məlumat təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına «2757AO ŞAS QAZ 3302» yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki məhkəmə hesab edir ki, Borclu məxsus «2757AO ŞAS QAZ 3302» yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan həmin avtomobil üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus, «2757AO ŞAS QAZ 3302» yük markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-471/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-471/2024
19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver