Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-472/2024 19.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Şəmkir Rayon İcra və probasiya Şöbəsinin icra məmuru: X1 iştirakı ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1617/2022 saylı icra sənədinə əsasən Borclu 90.786 (doxsan min yeddi yüz səksən altı) manat məbləğində pulun və 371 (üç yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, ona məxsus olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş, Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2023–cü il tarixli 8(076)-477/2023 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu mülkiyyətində olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1617/2022 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Bu səbəbdən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 1617/2022 saylı icra sənədinə əsasən Borclu 90.786 (doxsan min yeddi yüz səksən altı) manat məbləğində pulun və 371 (üç yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, icra sənədi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin Borclu icra zamanı borcunu vaxtında ödəməmiş, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2023–cü il tarixli 8(076)-477/2023 saylı qərardadı ilə Borclu məxsus Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Borclu Tələbkar olan borcunu tam şəkildə ödəmiş, bununla bağlı tələbkarın vəkili icra şöbəsinə ərizə vermişdir. Hesab edir ki, belə olan halda borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra orqanı borcun tam şəkildə ödənilməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İcra məmuru məhkəmə iclası zamanı tələbkarın vəkili tərəfindən yazılmış ərizə təqdim etsə də, məhkəmə hesab edir ki, həmin ərizə sübut növü kimi qəbul edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, icra məmurunun təqdim etdiyi ərizə adi kserosurət olmaqla, lazımi qaydada təsdiqlənməmiş, həmçinin ərizədə konkret olaraq hansı məbləğdə pulun tələbkara ödənilməsi göstərilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, həmin ərizədə icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilsə də, icra sənədi üzrə icraata xitam verilməmiş, birbaşa həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Bundan başqa, ərizə tələbkarın özü tərəfindən deyil, X3 tərəfindən yazılmışdır. Lakin həmin şəxsin səlahiyyətli olmasını təsdiq edən vəkil orderi təqdimata əlavə edilməmiş, etibarnamənin isə lazımi qaydada təsdiqlənməmiş surəti deyil, oxunulmaz vəziyyətdə olan adi kserosurəti əlavə edilmişdir. Bütün bu hallar isə onu deməyə əsas verir ki, tələbkara olan borcun ödənilməsi, dolayısı ilə borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1617/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №8(076)-472/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-472/2024
19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver