Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-474/2024 22.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2912/2021 saylı icra sənədi üzrə Borclu barəsində, “Borclunun məcburi gətirilməsi” haqqında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2912/2021 saylı icra sənədinə əsasən, Borclu, 1066 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, təqdimatın əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2912/2021 saylı icra sənədinə əsasən, Borclu, 1066 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi, qət edilmiş, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o öhdəliyini yerinə yetirməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki məhkəmə hesab edir ki, Borclu Şəmkir Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 287–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəmkir şəhəri, Natəvan küçəsi, ev 54-də yaşayan Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-474/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-474/2024
22.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver