Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-477/2023 08.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynovun borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1617/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 90786 manat borc və 371 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara tərəflərindən sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə edilən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsi vardır. Borc cəmi 90786 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, icra sənədi üzrə Borclu adına Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş olunmuşdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına Şöbənin nümayəndəsi və borclu gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1617/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 90786 manat borc və 371 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1617/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 282253/2022-19 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu mülkiyyətində Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsi vardır. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu qeyd edilən icra vərəqəsi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqqında bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu mülkiyyətində olan Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1 və 44.1.3-cü maddələrini və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-477/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-477/2023
08.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver