Məhkəmə qərarları › İş №8(076)-477/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-477/2025

25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-477/2025 25.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 iştirakı ilə Şəmkir Rayon İcra şöbəsinin icra məmuru, 2-ci dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1365/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra şöbəsinin icra məmuru, 2-ci dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1365/2025 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1351,98 manat ödənilməmiş hissə, 67,59 manat cərimə ümumilikdə 1419,57 (bir min dörd yüz on doqquz manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,28 (qırx manat iyirmi səkkiz qəpik) manat pul tutularaq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə hazırda borc məbləği 1459.85 manat təşkil edir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. İcra sənədini icra etmək məqsədilə Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk edir. Həmin ölkəyə gedibgəlməklə sonuncunun oradan uzun müddət qayıtmayacağı və beləlikə də Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(076)-1365/2025 saylı icra sənədinin icrasından yayınacağı ehtimalı vardır. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu xx.xx.1991-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və probasiya şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Şəmkir rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, borclu, tələbkar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və 124/2025 saylı icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində **********0002 nömrə ilə qeydiyyata alınmışdır) 2.2.3-cü bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın 2.4-cü bəndinə görə təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmalıdır. Lakin Şəmkir Rayon İcra şöbəsinin icra məmuru tərəfindən məhkəməyə göndərilmiş təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən yuxarıda qeyd olunan tələblərə əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə uyğun olaraq məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları normativ hüquqi akt hesab olunur. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra şöbəsinin icra məmuru, 2-ci dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1365/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci, 263-cü, 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəmkir Rayon İcra şöbəsinin icra məmuru, 2-ci dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1365/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar