Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-478/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Tələbkar 14 Saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Hüseynov Vüsal Vahid oğlunun Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 14 Saylı Ərazi Vergilər İdarəsinin **********695300 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 7217,05 manat vergi borcunun tutulması qərara alınmşdır. Bununla əlaqədar Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Məcburi icra tədbirləri zamanı Borclu adına “Nissan Sunny” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Tələbkar 14 Saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 məhkəmə iclasında göstərmişdir ki, Borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır. Borclu borcunu tələb edir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş 14 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Borclu 7217,05 vergi borcunun tutulması qərara alınmşdır. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 14 Saylı Ərazi Vergilər İdarəsinin **********695300 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli, № 7990/2021-12 saylı bildirişindən görünür ki, icra orqanı borcluya icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi təklif etmiş, əks təqdirdə tələbin məcburi icra ediləcəyini bildirmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu mülkiyyətində “Nissan Sunny” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu qeyd edilən icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqqında bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 44.1.3.-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu mülkiyyətində olan “Nissan Sunny” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1. və 44.1.3.-cü maddələrini və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan “Nissan Sunny” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-478/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-478/2023
20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver